AZ

Ukrayna “Storm Shadow” raketləri ilə Rusiya daxilində təsirli nöqtə vura bilər

Britaniya və Fransa buna icazə versə, Ukrayna ordusu Rusiya ərazisinin 250-550 kilometr dərinliyində irimiqyaslı dəqiq zərbələr endirmək gücünə çatacaq.

Busaat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Storm Shadow/SCALP-EG” buraxılışdan əvvəl proqramlaşdırılaraq “yandır və unut” sistemi ilə işləyir. Hədəflər operatorlar tərəfindən proqramlaşdırıldıqdan və raketə yükləndikdən sonra hədəf dəyişdirilə bilməz və raketə özünü məhv etmə əmri verilə bilməz.

Raket hədəfə doğru hərəkət edərkən, GPS və ərazi xəritəsinin idarə olunması ilə aşağı uçuş yolu boyunca yarı avtonom yol izləyir. Hədəfə yaxınlaşdıqda effekti artırmaq üçün dırmaşır və proqramlaşdırılmış hədəf şəklini infraqırmızı kamerası ilə uyğunlaşdıraraq hədəfi dəqiqliklə vurur. İstehsalçılar qeyd edirlər ki, bu istifadə üsulu ilə mülki itkilər minimuma endirilir.

Ümumi çəkisi təxminən 1300 kiloqram olan raketin uzunluğu 5,1 metr, eni 63 santimetr və hündürlüyü 48 santimetr olan konusvari, bucaqlı quruluşa malikdir.

Məlumdur ki, qanadlarının açıqlığı 3 metr olan raketin döyüş başlığı 450 kiloqramdır.

İstehsalçının verdiyi məlumata görə, sözügedən raketin səs sürətindən (0,95 Mach) bir qədər aşağı sürətlə uçuş məsafəsi 250 kilometrdən çoxdur.

İngiltərə 2023-cü il mayın 11-də Ukraynaya “Fırtına kölgəsi” qanadlı raketlərini tədarük edəcəyini açıqlamışdı.

2023-cü ilin avqustunda Fransanın Ukraynaya SCALP verdiyi rəsmən elan edildi.

2023-cü il avqustun 6-da Rusiya Krım körpüsünün “Fırtına kölgəsi” tərəfindən vurulduğunu elan etdi.

Beynəlxalq mətbuatda Ukraynanın 12 iyun 2023-cü ildə Zaporojya vilayətinə, 13 və 23 sentyabr 2023-cü il tarixlərində isə Sevastopol limanına təşkil etdiyi hücumlarda “Fırtına kölgəsi/SCALP-EG” raketlərindən istifadə edildiyi bildirilib.

Noyabrın 20-də Britaniya mətbuatında Ukraynanın Böyük Britaniyanın verdiyi qanadlı raketlərdən ilk dəfə Rusiya ərazisində istifadə etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Zeyd Bağırzadə

 

Seçilən
3
busaat.az

1Mənbələr