AZ

Gürcüstanın baş naziri bu şəxs olacaq

İrakli Kobaxidzenin namizədliyi yenidən Gürcüstanın baş naziri vəzifəsinə irəli sürülüb.

Aktual.az xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın iclasından sonra keçirilən brifinqdə deyib.

"Bildiyiniz kimi, bizim nizamnaməyə əsasən, partiyanın fəxri sədri baş nazir postuna namizəd irəli sürmək hüququna malikdir. Yəqin ki, bu, heç kim üçün gözlənilməz deyil: Bidzina İvanişvili İrakli Kobaxidzeni baş nazir vəzifəsinə namizəd olaraq təqdim edib. Təbii ki, bu təklif siyasi şura tərəfindən tam dəstəklənib”, –Mdinaradze bildirib.

Qeyd edək ki, 26 oktyabrda keçirilən parlament seçkilərində Gürcü Arzusu 53,93% səslə qalib gələrək, 150 yerlik parlamentdə 89 mandat əldə edib.

Seçilən
1
ulusum.az

1Mənbələr