AZ

Yaxın saatlarda COP29-da təbiətin qorunması sahəsində mühüm nəticələr əldə etmək şansı var - Böyük Britaniyalı nazir

Bakı. Trend:

Yaxın 24-48 saat ərzində təbiətin qorunması sahəsində mühümnəticələr əldə etmək və Bakıdan Belema keçid üçün möhkəm təməlyaratmaq şansımız var.

Trend xəbər verir ki, bunuBöyük Britaniyanın ətraf mühit naziri Meri Kriq "Təbiətə uyğungələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlimdəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrətədbirlərin uyğunlaşdırılması" mövzusunda dünya liderlərinindəyirmi masa müzakirəsində bildirib.

"Biz iqlim dəyişikliyi ilə mübarizədə meşələr, manqrov meşələrivə torf bataqlıqları kimi təbiət əsaslı həllərdən səmərəli istifadəetməliyik. Onların qorunması və bərpası həyati əhəmiyyət daşıyır.Böyük Britaniya tərəfdaşları ilə birlikdə "Miras qalmışlandşaftlar" Fonduna investisiya edərək, qlobal "30-a 30" məqsədinənail olmağa çalışır.

Biz təbiəti torpaqdan istifadə siyasətinə inteqrasiya edərək,davamlı kənd və meşə təsərrüfatını dəstəkləyirik. Özəl kapitalıcəlb etmək üçün "ilk itkilər" yanaşması tətbiq olunur ki, buradadövlət investorlar üçün riskləri azaldır.

Böyük Britaniya və Almaniyanın dəstəklədiyi "Eco-Business Fund"bir milyon hektardan çox ərazini qoruyaraq, əhəmiyyətli özəlinvestisiyaları cəlb edən dayanıqlı təcrübələri tətbiq edir", –deyə o qeyd edib.

Nazirin sözlərinə görə, Böyük Britaniya, həmçinin, torpaqdeqradasiyasının neytrallığı fondunu maliyyələşdirərək, əraziləribərpa edir, fermerləri dəstəkləyir və karbon emissiyalarınıazaldır.

"Texniki yardım biliklərin ötürülməsində və təşəbbüslərintəsirinin gücləndirilməsində əsas rol oynayır. Madaqaskarda “Acre”layihəsi belə investisiyalar vasitəsilə deqradasiyaya uğramıştorpaqları bərpa edir, fermerləri dəstəkləyir və biomüxtəlifliyiqoruyur.

Təbiət, iqlim və yoxsulluq problemlərini eyni vaxtda həll edəndövlət-özəl tərəfdaşlıqlar gələcəyə doğru yoldur. Böyük Britaniyabu yanaşmalarda uğur nümayiş etdirib. Bu məqsədlərə nail olmaq üçünmaliyyələşdirməyə böyük tələbat var və uyğun dəstək olduqdavəziyyəti dəyişmək üçün çoxlu imkanlar mövcuddur.

Yaxın 24-48 saat ərzində təbiətin qorunması sahəsində güclünəticələr əldə etmək və Bakıdan Belema keçid üçün möhkəm təməlyaratmaq şansımız var. Biz birlikdə fərqli yanaşmalar və çərçivələrarasında düzgün balans taparaq yeganə planetimizi qorumalıyıq", –deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr