Bakı. Trend:
İqlim maliyyələşdirilməsi sahəsində hesabatlılıq və şəffaflıqciddi şəkildə təkmilləşdirilməlidir.
Trend xəbər verir ki, bubarədə Almaniya İnkişafın Qiymətləndirilməsi İnstitutunun (DEval)eksperti Kevin Moull COP29 çərçivəsində Asiya İnfrastrukturİnvestisiyaları Bankı (AİİB) tərəfindən təşkil edilən panelmüzakirəsində çıxışında bildirib.
Sessiya "İqlim maliyyələşdirilməsi, siyasəti və proqramlarınınmüstəqil qiymətləndirilməsi perspektivləri: məlumatlar necə təsirgöstərə bilər?" mövzusuna həsr olunub. Burada sosial-iqtisadiehtiyacların maliyyə dəstəyi ilə iqlim dəyişikliyinin təsirlərininazaldılması potensialı arasındakı balans, hesabatlılıqda şəffaflıqvə mövcud məlumat çatışmazlıqları kimi məsələlər müzakirəedilib.
K.Moull qeyd edib ki, Almaniya ən az inkişaf etmiş ölkələrə(LDC) yardım göstərməyə fokuslanaraq, eyni zamanda, formalaşmaqdaolan bazar iqtisadiyyatlarında iqlim dəyişikliyinin təsirlərininazaldılması ilə bağlı vəzifələri həll edir.
"Almaniya iqlim dəyişikliyinin təsirlərini daha da azaltmaq üçünimkanlarından imtina edərək, yüksək sosial-iqtisadi ehtiyaclarıolan ölkələrə əhəmiyyətli resurslar ayırır", — deyə o bildirib.
Hesabatlılıqda şəffaflıq məsələsinə toxunan K.Moull iqlimmaliyyələşdirilməsi ilə bağlı məlumatlarda uyğunsuzluqlara diqqətçəkib.
"Almaniyanın inkişaf məqsədləri üçün rəsmi yardımı qlobal 100milyard dollarlıq hədəfin təxminən 8 faizini təşkil edir ki, bu datarixi emissiyalar və iqtisadiyyatın ölçüsünə görə ölkənin ədalətlipayına uyğundur. Lakin bütün bəyan edilmiş məlumatların üçdə biriiqlim maliyyələşdirilməsinin real meyarlarına uyğun gəlmir.Şəffaflığı artırmaq çox vacibdir. Vəsaitin haraya yönəldiyinianlamaq üçün dəqiq məlumatlar lazımdır", – deyə o vurğulayıb.
O, həmçinin, təsirlərin azaldılması və uyğunlaşma üzrə məlumatboşluqlarına diqqət çəkib. İnfrastruktur və texnologiyalayihələrindən emissiyaların azaldılması kimi birbaşa təsirlərölçülə bilsə də, siyasət və institusional islahatların təsiri kimidolayı nəticələr hələ də qiymətləndirilməsi çətin sahələr olaraqqalır.
Bundan əlavə, K.Moull aşağı karbonlu inkişafı təşviq edəntransformasiya dəyişiklikləri ilə bağlı keyfiyyətli məlumatlarınzəruriliyini vurğulayıb.
"İqlimə davamlı kənd təsərrüfatı kimi sahələrdə məlumatlarmövcud olsa da, sistemli dəyişikliklər üzrə tədqiqatlar hələ dəkifayət deyil", – o qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinin artan aktuallığışəraitində uyğunlaşma və təsirlərin azaldılması üzrə səylərisürətləndirmək və genişləndirmək vacibdir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.