AZ

Paşinyan Qarabağdan gedən ermənilərin pulunu kəsir - Baş nazir “işləmək lazımdır” deyir

Ermənistan hökuməti Qarabağdan gedən ermənilərə yardımı aylıq 50 min dramdan(təxminən 130 dollar) 40 min drama endirib və tədricən də bu məbləğ azaldılacaq. 2025-ci ilin iyulundan yardım 30 min drama düşəcək.

“AzPolitika” xəbər verir ki, Ermənistan hökuməti noyabrın 21-də keçirilən iclasında Azərbaycanın Qarabağ bölgəsini tərk edib Ermənistan gedən ermənilərin müəyyən hissəsinin yaşayış və digər xərclərinin ödənilməsi üçün sosial yardımın göstərilməsi ilə bağlı tədbirlər və prosedurları təsdiqləyib. Həmin qərara əsasən Qarabağdan gedənlərə yardım gələn ildən başlayaraq ardıcıl şəkildə azaldılacaq.

Baş nazir Nikol Paşinyan yardımın azaldılmasını onunla izah edib ki, Qarabağdan gələnlər yardımla deyil, öz zəhmətlərilə dolanmalıdırlar: “İşləməməklə yoxsulluğa qalib gəlmək mümkün deyil. Belə çıxır ki, biz dövlət səviyyəsində insanı yoxsulluğa məhkum edirik, ona görə də bu məntiqi dəyişməliyik”.

“AzPolitika.info”

Seçilən
2
azpolitika.info

1Mənbələr