AZ

Vüqar Gülməmmədov yeni təkliflər verdi – Siyahı

EDnews xəbər verir ki, V.Gülməmmədov bu barədə Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında danışıb.

“Büdcə sistemi haqqında Azərbaycan Respublikasının büdcədənkənar dövlət fondlarının büdcələrinə dair qanunların strukturu, orada əks olunmuş göstəricilər, əlavə edilmiş sənədlər, məlumatların çeşidi, həmçinin izahatda əks etdirilməli olan məlumat və göstəricilərə dair tələbləri müəyyənləşdirən, büdcə zərfinə daxil edilməsi nəzərdə tutulan əlavələrin olmasını təklif edirik.

Bu təklifi əvvəlki illərdə də təqdim etmişik:

Zəruri tənzimləmələrin həyata keçirilməsi ilə icbari dövlət şəxsi sığorta üzrə vəsaitlərin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində müvafiq qaydada əks etdirilməsini;

2023-cü ilin ikinci yarısından investisiya fəaliyyətinin tənzimlənməsinə dair hüquqi aktların qüvvəyə minməsi və investisiya gəlirləri əldə olunmaqla müəyyən olunmuş qaydada istifadə olunur. İnvestisiya fəaliyyəti ilə bağlı göstəricilərin də parlamentə təqdim olunmuş DSMF-nin gəlir və xərc hissəsində əks olunmasını;

Hüquqi aktlara əsasən, icmal büdcənin əsas hissəsi hesab edilən fondların gəlir və xərclərinə dair göstəricilərin vahid büdcə tənifatının funksional və iqtisadi təsnifatı paraqraflar səviyyəsində tərtib edilməsini;

Fondların büdcədənkənar büdcələrinin tərkibinə yeni yanaşmanın tətbiq olunmasının zəruriliyini;

Büdcədənkənar dövlət fondlarının taraz büdcə prinsipi ilə deyil, gəlir və xərc potensialı, eləcə də dövlət öhdəlikləri diqqətə alınmaqla, profsit və ya kəsr məbləğinin müəyyənləşməsi ilə tərtib olunması, eləcə də kəsrin maliyyələşmə mənbələrinin layihədə əks etdirilməsini təklif edirik”, – deyə palatanın sədri bildirib.

Seçilən
3
8
ednews.net

9Mənbələr