AZ

Politoloq: Bəzi qüvvələr Gürcüstanı Qərblə Rusiya arasında toqquşma mərkəzinə çevirmək istəyir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, rəsmi Moskva gürcü müxalifətinin Rusiyanın Gürcüstanın işlərinə qarışmaq ittihamlarını qətiyyətlə rədd edir:

"İttihamlar tamamilə əsassızdır, biz onları qətiyyətlə rədd edirik, bu cür bəyanatlarla çıxış edənlərə xatırladırıq ki, bizim Gürcüstanla diplomatik əlaqələrimiz yoxdur. Rusiya bu Cənubi Qafqaz ölkəsi ilə ortaq tarixi, mədəniyyəti, insanlar arasında sıx təmasları olan xalq ilə əsasən ticarət-iqtisadi və humanitar əlaqələri inkişaf etdirir. Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq, bunu Qərb edir”

Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də yaxın zamanda buna oxşar açıqlama verib. 

Mövzu ilə bağlı "Sherg.az"a danışan Politoloq Kazım Kazımov bildirib ki, bəzi qüvvələr Gürcüstanı Qərblə Rusiya arasında toqquşma mərkəzinə çevirmək istəyir:

"Hazırda "5-ci kolon kimi" ifadə etdiyimiz yad ölkələrə xidmət edən ünsürlər Gürcüstanı da qarışdırmağa çalışırlar. Təəsüflər olsun ki, bu şəxslər gürcü müxalifətinin içərisində də özlərinə yer tapıbdır. 2008-ci ildə bu qüvvələr Cənubi Osetiya və Abxaziyanın itirilməsinə nail oldular. Sırf maddi maraqları naminə bilərək və istəyərək yüzlərlə insanın ölümünə, minlərlə insanın qaçqın düşməsinə səbəb oldular". 

Ekspert əlavə edib ki, Gürcü Arzusu Partiyası keçmişdən dərs çıxarıb:
"Sevindirici haldır ki, Gürcüstanda hakim partiya dünəndən dərs çıxararaq bu gün rəsmi Moskva ilə sağlam dialoqlar qurmağa çalışır".

Yusif Sultanoğlu
Seçilən
2
sherg.az

1Mənbələr