AZ

2025-ci il büdcəsində yaşa görə əmək pensiyası 569 manat olacaq

Azərbaycanın əmək və sosial siyasət naziri Sahil Babayev, 2025-ci il büdcəsinin sosial çağırışlara cavab vermək üçün hazırlandığını bildirib.

Fins.az xəbər verir ki, nazir, dövlət büdcəsində sosial xərclərə 16,9 milyard manat ayrıldığını və bu xərclərin 10% artacağını vurğulayıb. Əmək pensiyalarına 7,2 milyard manat vəsait yönəldiləcək, orta əmək pensiyasının məbləği isə 531 manata çatacaq. 2019-cu ildə bu rəqəm yalnız 264 manat idi. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq, bu da 2019-cu ilin 292 manatı ilə müqayisədə əhəmiyyətli artımdır.
 

Fuad Mədətov
Fins.az

Seçilən
3
fins.az

1Mənbələr