Noyabrın 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı yaradılmış Yaşıl zonada “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində Azərbaycanın Kür və Araz çaylarının subasarında yerləşən Tuqay meşələrinin karbon dinamikasının qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib.
QHT.az xəbər verir ki, tədbir zamanı Tuqay meşələrinin biomüxtəlifliyin qorunmasında və karbon emissiyasının azaldılmasında oynadığı roldan, meşə ekosisteminin bərpası üçün aparılan işlərdən bəhs edilib. Hacıqabul rayonu ərazisində 1,5 hektar sahədə 1800 ağac əkilməsi ilə bağlı videoçarx nümayiş olunub.