AZ

“Ulu Öndərin yazdığı proqramdakı prinsiplər bu gün də YAP-ın prinsipləri sırasındadır“ - DEPUTAT

“Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olunur. Bu partiyamızın üzvlərinin qeyd etdiyi, gözəl bayramlardan biridir. YAP Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyadır. YAP-ın söykəndiyi prinsiplər Ulu Öndərin irəli sürdüyü ideyalardır və YAP Heydər Əliyev yolu ilə gedir. Bu yolun əsasında dayanan ideoloji prinsiplər partiyanın ilk dəfə Naxçıvanda keçirilən təsis iclasında qəbul edilən proqramda öz əksini tapıb. Ulu Öndər Heydər Əliyevin yazdığı proqramda müəyyən olunmuş prinsiplər bu gün də YAP-ın prinsipləri sırasındadır. Bu prinsiplər sırasında əsas yeri Azərbaycançılıq tuturdu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Mübariz Qurbanlı deyib.

Deputat bildirib ki, Azərbaycançılığın ideoloji prinsip olması Ulu Öndər tərəfindən YAP-ın proqramında qeyd edilmişdir: “YAP böyük tarixi yol keçib, 32 il ərzində bir çox seçkilərdə iştirak edib və hər birində qələbə əldə edib.

Partiya yarandığı dövrdə Azərbaycanın mövcud vəziyyəti, baş verən hadisələr geniş şəkildə oxuculara məlumdur. Həmin hadisələrin iştirakçıları olan nəslin nümayəndələri Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini xatırlayırlar. Azərbaycan vətəndaş müharibəsi ərəfəsindəydi. Digər tərəfdən Ermənistanın təcavüzü də davam edirdi. Bütün bunlar Azərbaycanın müstəqilliyi üçün təhdid yaratmışdı.
Belə bir dövrdə “91-lər”in Ulu Öndərə müraciəti əsasında yeni bir partiyanın yaradılması ideyası ortaya qoyuldu. YAP müxalifət partiyası kimi təsis edilsə də, qısa müddət ərzində hakim partiyaya çevrildi.

Bu gün isə YAP ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi möhtəşəm siyasətin davamıdır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
11
sia.az

1Mənbələr