AZ

Fəxrəddin Altun:''Türkiyə terror şəbəkələrinə qarşı mübarizəsini qətiyyətlə davam etdirəcək''

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin terror şəbəkələrinə qarşı mübarizəsini hər platformada fasiləsiz davam etdirmək əzmində olduğunu bildirib.

"Daily Sabah" qəzetinə müsahibə verən Fəxrəddin Altun Türkiyənin Suriyada uzun müddətdir davam edən böhrana hərtərəfli həll yolu tapmaq mövzusunda bölgənin ən mühüm aktorlarından biri olduğunu vurğulayıb. O, Prezident Rəcəb Tayyib Ərdoğanın Suriyadakı çoxölçülü problemlərin strateji bir addımla həlli istiqamətində səyləri inkişaf etdirmək üçün Suriya prezidenti Bəşər Əsədlə görüşməyə hazır olduğunu ifadə etdiyini xatırladıb. Artan zorakılıq nəzərə alındıqda, bu dialoq çağırışının daha da əhəmiyyət qazandığını qeyd edib.

Fəxrəddin Altun Türkiyənin terror şəbəkələrinə qarşı mübarizəni hər platformada fasiləsiz davam etdirmək əzmində olduğunu bildirərək, PKK/KCK və onun regional qollarının təkcə milli sərhədlər daxilində deyil, həm də Türkiyənin qonşuları üçün ən böyük təhdidlərdən biri olduğunu vurğulayıb.

O, bölgənin gələcəyində terrorun yeri olmadığını qeyd edərək, "Biz heç vaxt qapımızın ağzında terror dəhlizinin yaradılmasına icazə verməyəcəyik", - deyib.



Seçilən
2
2
trt.net.tr

3Mənbələr