Demokrat.az xəbər verir ki, İtaliyanın bir çox kəndləri uzun müddətdir ki, kənar insanları məskunlaşmağa razı salmağa çalışır.
Onlar vəziyyəti cəlbedici etmək üçün o, uçuq-sökük evləri bir avroya satır.
Onlar noyabrın 5-də səsvermənin nəticələrindən sonra amerikalı mühacirlərə yönəlmiş vebsayt açıb və nəticədən narazı olanların boş mülklərdən birini almağa tələsəcəyi ümidi ilə ucuz evlər təklif ediblər.
Bələdiyyə sədri Françesko Kolumbu CNN-ə bildirib ki, internet saytı xüsusilə prezident seçkilərindən sonra Amerika seçicilərini cəlb etmək üçün yaradılıb. O, ABŞ-ı sevdiyini və amerikalıların onun cəmiyyətini canlandırmaq üçün ən yaxşı insanlar olduğuna inandığını ifadə edib.
Əfsanə Kamal
Demokrat.az