Türkiyə ilə ABŞ arasında yeni qalmaqal yaşanır. Tramp adimistrasiyası terror təşkilatları YPG və PKK-nın Suriya qanadının rəhbəri Məzlum Kobani və İlham Əhmədi inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-yə dəvət edib. Bu addım Türkiyə-ABŞ münsabətlərinə necə təsir edəcək?
Mövzuyla bağlı Bakupost.az -ın suallarını cavablandıran politoloq Fərhad Məmmədov bildirib ki, bu baş versə, Türkiyə ilə münasibətlərdə böyük problemlər olacaq:
“Trampın təhlükəsizlik üzrə müşavir vəzifəsinə təyin etdiyi Mayk Uolts birinci Tramp administrasiyası dövründə məhz Suriya işləri ilə məşğul idi. O, daim bildiridi ki, Suriyada ABŞ-nin ən yaxın müttəfiqi məhz kürd qruplaşmalarıdır və onları dəstəkləmək vacibdir. Ümumiyyətlə, Tramp administrasiyasının Türkiyə ilə münasibətlərdə bu, ən həssas mövzu olacaq”.
Politoloq qeyd edib ki, Türkiyə bunun qarşısını hansısa formada almağa çalışmalıdır:
“Ya da hərbi əməliyyatlara əl atıb özünü maksimum bu terror qruplarından qorumalıdır. Bu hərbi əməliyyatlar da Suriya ərazisində baş verə bilər”.
Rəhman Mirzəlizadə, Bakupost