Noyabr 23-24-də Belçikanın Antiverpen şəhərində fullkontakt kyokuşin karate üzrə 2-ci Avropa kuboku keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışa 8 idmançı ilə yollanıb.
Karateçilərimiz Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev yarışda ədaləti qoruyacaq. Azərbaycan nümayəndə heyətinə AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov başçılıq edəcək.
Qeyd edək ki, Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaqlar.
İdman.biz