AZ

Beynəlxalq məhkəmə onun da həbsinə qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsi HƏMAS-ın hərbi komandiri Məhəmməd əl-Deyfin həbsinə order verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat yer alıb.

O, 7 oktyabr 2023-cü ildən İsrail və Qəzza zolağında törədilən cinayətlərə görə mühakimə edilib.

Xatırladaq edək ki, İsrail Müdafiə Qüvvələri iyul ayında Məhəmməd əl-Deyfin öldüyünü bildirib, HƏMAS bu məlumatı hələ təsdiqləməyib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barədə oxşar qərar çıxarıb.

Seçilən
6
47
xezerxeber.az

10Mənbələr