AZ

COP29-da ölkələri iqlim böhranı ilə mübarizədə birləşməyə çağırıram" – Xana Əl-Haşimi

Bakı. Trend:

COP29-da ölkələri bioloji müxtəlifliyin itirilməsi və iqlimböhranı ilə mübarizədə birləşməyə çağırıram.

Trend xəbər verir ki, bunuCOP28-in baş danışıqçısı Xana Əl-Haşimi ""Bakıdan Belemə:fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-cimaddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks vədayanıqlı idarəetmə mexanizmi" mövzusunda keçirilən tədbirdəbildirib.

O, iqlim dəyişikliklərinə qarşı mübarizədə təbiətin vəekosistemlərin əhəmiyyətini vurğulayıb.

"Ekosistemlərin qorunması və təbii resursların davamlı idarəedilməsi mövzusunda dialoq iyul ayında Çinin Uhan şəhərindəkeçirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlər görüşündə başlanmışdı.Bizim üçün böyük bir şərəfdir ki, COP28-in sədri kimi Azərbaycanda,Braziliyada və Boliviyada bu vacib tədbiri təşkil edirik.

Belə müzakirələr təbiətin iqlim məqsədlərinin və davamlı inkişafhədəflərinin əldə edilməsindəki rolunun daha dərindən anlaşılmasınakömək edir, o cümlədən, meşələrin qırılması ilə mübarizə və biolojimüxtəlifliyin qorunması məsələlərini əhatə edir", – deyə obildirib.

O, COP28-də Dubayda əldə olunan konsensusun bütün sektorlarda vəsistemlərdə mövcud olan bütün həllərin tətbiq edilməsininzəruriliyini təsdiqlədiyini vurğulayıb.

"Təbiət və ekosistemlərin əhəmiyyəti 2030-cu ilə qədər meşələrinqırılmasının dayandırılması hədəfi qoyan birinci qlobal baxışınnəticələrində öz əksini tapdı. Meşələr bizim planetimizin tənəffüsorqanlarıdır. Meşələrin idarə olunması iqlim məqsədlərimizin həyatakeçirilməsi və həyati əhəmiyyətli ekosistem xidmətlərininqorunmasında açar rol oynayacaq", – deyə o əlavə edib.

O, 2024-cü ilin davamlı inkişaf üçün kritik il olduğunu qeydedərək, onun artıq Ətraf Mühit İli olaraq qəbul edildiyinibildirib.

"Ölkələri bioloji müxtəlifliyin itirilməsi və iqlim böhranı iləmübarizədə birləşməyə çağırıram. Biz uğura bağlıyıq və burada,Bakıda, Belemdə və digər bölgələrdə nəticə əldə etmək üçünçalışmağa hazırıq. Yalnız beynəlxalq səviyyədə birləşərək, davamlıinkişaf və iqlim sabitliyinə nail ola bilərik. Ekosistemlərin, ocümlədən, meşələrin, okeanların və kriyosferanın qorunması, qlobalsəviyyədə iqlim gündəliyinin ən vacib hissəsinə çevrilməlidir", –deyə o bəyan edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
27
1
az.trend.az

2Mənbələr