AZ

Azərbaycan karateçiləri Avropa kubokunda

Noyabr 23-24-də Belçikanın Antiverpen şəhərində fullkontakt kyokuşin karate üzrə 2-ci Avropa kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışa 8 idmançı ilə yollanıb.

Karateçilərimiz beynəlxalq turnirdə Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaqlar. Azərbaycanlı hakim Mail Abdullayev yarışda ədaləti qoruyacaq. Nümayəndə heyətimizə AKF-nin kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmov başçılıq edəcək.

Qeyd edək ki, Avropa kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaqlar.

Yığmamız İtaliyada dünya çempionatında iştirak edəcək

Aygün Əsədli Avropa çempionu olub

Karateçimiz qızıl medal qazandı

2 karateçimiz Qazaxıstanda medal qazanıb

Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub

Seçilən
21
1
apasport.az

2Mənbələr