Hollandiya İsrailin baş naziri Binyamin Netanyahunu ölkəyə gələcəyi təqdirdə həbs etməyə hazırdır.
Bu bəyanatla Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp çıxış edib.
Günün əvvəlində Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Netanyahunun həbsinə order verib. Məhkəmə qərarın "ən azı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri" ilə bağlı qəbul edildiyini bildirib.