AZ

Moskvada azyaşlı uşaq meydançasında pnevmatik silahla yaralanıb

Moskvada azyaşlı uşaq oyun meydançasında pnevmatik silahla yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 21-də “İzvestiya”nın mənbəsi məlumat verib.

Hadisə ötən gecə paytaxtın şərqində baş verib. Zərərçəkmiş gəzinti zamanı sol əlində yanma hiss etdikdən və ovucunda pnevmatik güllə izi gördükdən sonra həkimə müraciət edib.

Zərərçəkənin sözlərinə görə, o, heç bir səs eşitməyib və atəş açan vətəndaşları görməyib.

Faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr