AZ

Lüksemburq Parlamenti anti-Azərbaycan qətnaməsini qəbul edib və öz iç üzlərini büruzə verib - RƏY

Bakı. Trend:

Lüksemburq Parlamentinin Deputatlar Palatası növbəti dəfəAzərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirərək,anti-Azərbaycan qətnaməsini qəbul edib və həmin sənədlə öz içüzlərini bir daha büruzə veriblər.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Lüksemburq Deputatlar Palatasının qəbul etdiyihəmin sənəddə Azərbaycan Hökuməti tərəfindən guya insanların fikirazadlığına, vətəndaş cəmiyyətinə qarşı addımların atıldığı qeydedilərək, Azərbaycandan bütün “qanunuz” həbs olunmuş insanlarınazadlığa buraxılmasını tələb edir.

"Qətnamənin mətninə nəzər saldıqda əmin oluruq ki, LüksemburqParlamenti Fransanın himayəsi nəticəsində Avropa Şurası ParlamentAssambleyasında, Avropa Parlamentində və ATƏT-in digər qurumlarındaqəbul edilmiş 2024-cü il sənədlərinə istinad edir və həmin sənədlərəsasında Azərbaycana qarşı fikirlər irəli sürür.

Qətnamədə Azərbaycan hökumətinin guya sivil vətəndaşcəmiyyətinə, siyasi fəallara, müxalifətə və müstəqil mediyaya qarşızorakı hərəkətlər etdiyi vurğulanır və Lüksemburq ParlamentininDeputatlar Palatası Azərbaycanı buna son qoymağa çağırır.

Həmçinin, həmin qətnamədə “Amnesty İnternational” və “HumanRights Watch” kimi təşkilatların hesabatlarına istinad edərək, guyaAzərbaycanda 300 nəfərin hazırda qanunsuz şəkildə siyasi məhbuskimi saxlanıldıqlarını iddia edirlər. Bununla yanaşı, LüksemburqParlamentinin Deputatlar Palatasının qəbul etdiyi qətnamədəAzərbaycan və Ermənistanla bağlı da sənədlərə istinad edilir.

Bütün bunlar onu göstərir ki, Lüksemburq özü kiçik bir ölkəolmasına baxmayaraq, Fransanın Avropa İttifaqındakı ermənidiasporuna xidmət edən siyasətçilərin əlində bir oyuncaq kimiseçilib. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı daLüksemburqun Azərbaycanın öz qanuni torpaqlarını erməni işğalındanazad etməsi ilə bağlı çox narahatlıq keçirdiyini və sərsəmbəyanatlar verdiyini də xatırlayırıq.

Bütün bunlar Lüksemburqun beynəlxalq insan hüquqları, mülkühüquq və vətəndaş cəmiyyəti adı altında pərdələnərək əslindəAzərbaycana qarşı öz çirkin və qəbuledilməz siyasətlərini davametdirdiyini göstərir. Lüksemburq Parlamentinin DeputatlarPalatasının müharibədən sonra Azərbaycanın ədaləti bərpa etməsi vəhazırda ölkəmizin inkişaf səviyyəsi və ölkəmizdə keçirilənbeynəlxalq tədbirlər, xüsusilə də COP29 kimi BMT-nin müvafiq dünyasəviyyəli tədbirinin Azərbaycanda keçirildiyi günlərdə belə birsərsəm bəyanat qəbul etməsi ölkəmizin uğurlarını həzm edəbilmədiklərinin və bir daha oyuncaq parlamentlər vasitəsiləölkəmizə təzyiq göstədiklərinin sübutudur.

Ancaq təbii ki, biz güclü dövlət, güclü xalq və güclü liderəsahib olaraq elə bir tarix yazmışıq ki, Lüksemburq kimi cırtdanölkənin belə qərəzli bəyanatları bizi bir addım da olsun öz millimaraqlarımızdan, öz mövqeyimizdən geri çəkindirə bilməz. AzərbaycanAvropadakı “insan hüquqları” demokratik dəyərlərdən fərqli olaraq,əsl insani dəyərlərə və ümumbəşəri dəyərlərə sahibdir.

Lüksemburq, Fransa, Avropa İttifaqı və onların müttəfiqləriyalnız öz prizmaları baxımından dəyərləri çərçivəyə salırlar vəonlar üçün öz dəyərlərindən kənar dünya mövcud deyil. Yalnızözlərinin yaratdığı məhdud bir dəyər çərçivəsində düşünürlər vədigər sivilizasiyaları və dəyərləri qəbul etmirlər. Bu da onlarınnə qədər tolerantlıqdan uzaq və məhdud düşüncəli olduqlarınınsübutudur", - o qeyd edib.

"Mən Milli Məclisini üzvü kimi Lüksemburq ParlamentininDeputatlar Palatasının qəbul etdiyi qərəzli və obyektivlikdən uzaqqətnaməyə qəti etirazımı bildirirəm və ökəmizə qarşı növbətiqarayaxma kampaniyası kimi qiymətləndirirəm.

Bizim üçün bu sənədin heç bir əhəmiyyəti, heç bir qüvvəsi vəeffektivliyi ola bilməz. Azərbaycan xalqı, Azərbaycan dövləti özinkişaf yolunu seçib və heç kimə imkan verə bilmərik ki, bizi özyolumuzdan döndərsin. Heç bir qüvvə Azərbaycanı öz dəyərlərindənkənara çıxara bilməz, Azərbaycan ümumbəşəri dəyərlərə sadiqdir vəLüksemburq kimi cırtdan ölkənin də bu dəyərlərimizə qarşı vəAzərbaycana qarşı olan tələblərini də rədd edirik", - deputat əlavəedib.

Seçilən
12
1
az.trend.az

2Mənbələr