Bakı. Trend6
COP29 iddialı məqsədlərə çatmaq üçün qüvvələri birləşdirməkbacarığını nümayiş etdirdi.
Trend xəbər verir ki, bunuCOP29-un Məsləhət Şurasının üzvü və Nizami Gəncəvi BeynəlxalqMərkəzinin İdarə Heyətinin üzvü Jan Baderşnayder Nizami GəncəviBeynəlxalq Mərkəzinin mətbuat konfransında bildirib.
O, COP29 rəhbərliyinə xüsusi təşəkkürünü bildirərək, özəlsektorun maliyyələşdirmənin genişləndirilməsindəki rolunun müzakirəedilməsi üçün platforma yaratdığını qeyd edib.
"Bu, mühüm irəliləyişdir və gələcək fəaliyyətlər üçün möhkəmtəməl qoyur", – deyə Baderşnayder bildirib.
Onun sözlərinə görə, iqlim maliyyələşdirilməsinin sürətləgenişləndirilməsi qlobal iqlim məqsədlərinə çatmaq üçün ən vacibşərtdir.
"Siz minlərlə tövsiyə irəli sürə bilərsiniz, amma onların həyatakeçirilməsi üçün maliyyə vəsaiti olmadan onlar sadəcə kağızüzərində qalacaq. İqlim maliyyələşdirilməsinin sürətlə artırılmasıbizim hədəflərimizə çatmaq üçün əsasdır", – deyə o vurğulayıb.
Jan Baderşnayder qeyd edib ki, dövlət və çoxsəviyyəli səyləriqlim məsələlərini həll etmək üçün kifayət etmir və burada özəlsektorun rolu böyükdür.
O, həmçinin, əlavə edib ki, dövlət və özəl sektorlar arasındaəməkdaşlıq iqlim təşəbbüslərinin həyata keçirilməsində və davamlıgələcəyə keçidin sürətləndirilməsində müəyyənedici amil olacaq.