AZ

Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

Image

Fərid Həşimov: “Paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli nəqliyyat vasitələri ilə təmin olunması bir neçə ilə gözlənilir

"2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub". Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb: "Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq"

Qeyd edildiyi kimi, 2030-cu ilə qədər bütün ictimai nəqliyyatın elekrik mühərriki ilə əvəz olunması gözlənilir. Bu nə qədər mümkündür? 

Bu addımların atılması elektrik avtobuslarındigər nəqliyyat vasitələrinin daha çox hərəkətliliyini xarakterizə edəcək

Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda bütün dünya elektromobillərdən, elektrik mühərrikli avtobuslardan istifadəyə keçir: “Düzdür, elektrikli avtobuslar həm ekoloji baxımdan, həm də sərnişinlərin rahatlığı üçün daha əhəmiyyətlidir. Elektrik mühərriki ilə işləyən avtomobillər digərləri ilə müqayisədə 70-80 faiz daha qənaətcil olurlar. Emissiyaların, zəhərli qazların atmosferə göndərilməsinin və səs çirkliliyinin qarşısını almaq üçün hazırda mövcud avtobusların elektriklə işləyən avtobuslarla əvəzlənməsi olduqca vacib və faydalıdır. Ən əsası, biz ölkə olaraq artıq buna hazırıq”.

Ekspert hesab edir ki, bu addımların atılması elektrik avtobusların, digər nəqliyyat vasitələrinin daha çox hərəkətliliyini xarakterizə edəcək: “Paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli nəqliyyat vasitələri ilə təmin olunması bir neçə ilə gözlənilir. Çox güman ki, 2030-cu ilə qədər bu mümkün olacaq. Ancaq bu prosedur deyildiyi kimi yalnız Bakıda olacaq. Yaxşı olar ki, Bakı ilə yanaşı, bölgələrdə də analoji vəziyyət müşahidə olunsun. 

Onu da deyim ki,  gələcəkdə elektrobuslarla bərabər tramvay və trolleybus xətlərinin çəkilməsi, layihələndirilməsi artıq şəhərin ictimai nəqliyyatla bağlı problemlərinin həll olunması istiqamətində yaranan sualları birdəfəlik həll etmiş olacaq”.

Günel CƏLİLOVA





Seçilən
15
baki-xeber.com

1Mənbələr