AZ

"Büdcənin yarıdan çoxu dəmir yoluna ayrılacaq" - Türkiyəli nazir

Türkiyə istixana qazı emissiyalarını azaltmaq üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin büdcəsinin yarıdan çoxunu dəmir yolu sektoruna ayırmağı planlaşdırır.

Avtosfer.az xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur nazirliyinin Avropa İttifaqı məsələləri və xarici əlaqələr departamentinin baş direktoru Burak Aykan COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.

O bildirib ki, məqsəd 2053-cü ilə qədər dəmir yolu ilə daşımaların payını təxminən 22 %-ə çatdırmaqdır:

"Dəmiryol xətlərinin elektrikləşdirilməsi üzrə öhdəliyimiz təmiz enerji mənbələrindən istifadəyə imkan verəcək, davamlı gələcək üçün hədəflərimizə nail olmağı sürətləndirəcək. Türkiyə, həmçinin elektrik qatarları istehsal etmək qabiliyyətinə malikdir və bu da yerli istehsal imkanları ilə davamlı daşımaları inkişaf etdirəcək".

Seçilən
20
avtosfer.az

1Mənbələr