AZ

BMT-dən BCM-in Netanyahunu həbs etmək qərarına REAKSİYA

"Roma Statutuna əsasən Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tanıyan dövlətlər onun qərarlarına əməl etməlidirlər".

Publika.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) Ofisinin rəsmi nümayəndəsi Ceremi Lourens BCM-in İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair order verməsini şərh edərkən deyib.

“Roma Statutunun iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına hörmət etmək və onları yerinə yetirmək öhdəliyi daşıyırlar”, - o əlavə edib..

Lourensin sözlərinə görə, BMT nümayəndələri Roma Nizamnaməsinə uyğun olaraq BCM-in yurisdiksiyasında olduğu bütün hadisələrdə onun müstəqilliyinə və səlahiyyətlərinə hörmət edirlər.

Cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağında münaqişə ilə bağlı Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə dair order verib.

Seçilən
10
3
publika.az

10Mənbələr