Uğursuzluğa son qoymağa çalışan “Neftçi” “Zirə”ylə oyuna itkilərlə hazırlaşır.
Milli komandaların oyunları ilə bağlı düşərgədən ayrılan futbolçulardan başqa bir neçə nəfər də zədəlidir.
Bunlar Azər Salahlı, Andre Şinyaşiki və Emin Mahmudovdur. Adıçəkilənlər kollektiv çalışmalardan uzaq düşüb ki, “Zirə”ylə önəmli matçda oynaya bilməyəcəklər.
Bəzi futbolçuların mikro zədələri olsa da, şənbə gününə qədər problem aradan qalxacaq.
Sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşən Kilan Lebon da “Zirə”ylə dueli kənardan izləyəcək.
Noyabrın 23-də “Neftçi Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ