AZ

Trampın gələcək müşaviri Netanyahuya görə BCM-ni HƏDƏLƏDİ

Trampın gələcək milli təhlükəsizlik müşaviri Netanyahuya görə BCM-ni hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Trampın Ağ Evin növbəti administrasiyasında milli təhlükəsizlik üzrə müşaviri Uolts X hesabında yazıb.

ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri Netanyahu və Qalantı həbs etmək üçün BCM-ə “qətiyyətli cavab” verəcəyini vəd edib.

“BCM etibarlı deyil və bu iddialar ABŞ hökuməti tərəfindən rədd edilib. İsrail qanuni olaraq öz xalqını və sərhədlərini soyqırım terrorçularından qoruyub. Yanvar ayında BCM və BMT-nin antisemit qərəzinə güclü cavab gözləyin”, –

Bundan əvvəl, noyabrın 18-də Senatda (Konqresin yuxarı palatası) yeni seçilmiş respublikaçı çoxluğun lideri Tyun Netanyahu və Qalant üçün həbs orderlərinin verilməsini tələb edən BCM və prokuror Kərim Xana qarşı sanksiyalar tətbiq etmək üçün qanun layihəsini dəstəkləyəcəyini bildirib.

Bu gün səhər saatlarında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qalantın həbsinə order verib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr