AZ

“Sənədləri yoxlamada, tanıdığı insandı deyə alır” - EV ALANLARIN DİQQƏTİNƏ

Zaman-zaman ev alan insanların fırıldaqçılıqla üzləşdiyi halları ilə rastlaşırıq.

Kimisi bir evi 3 nəfərə satır, kimisi isə satdığı evin sənədlərində aldadır. 

Maraqlıdır, ev alan insanlar nəyə diqqət etməlidir?

Bu barədə Hit.az-a açıqlama verən əmlak eksperti Niyazi Qasımov deyib ki, ev almaq böyük bir maliyyə qərarıdır:

“Əvvəlcə, büdcənizi düzgün təyin edin. Hər hansı bir ev alışı üçün təxmini qiymət aralığınıza uyğun evlər axtarın. Daha sonra, ev alarkən, yerləşdiyi ərazinin inkişafını, nəqliyyatın əlverişliliyini, məktəb, xəstəxana, supermarketlər və digər sosial obyektlərə yaxınlığını nəzərdən keçirin. Ev alınmadan əvvəl, texniki vəziyyətinə diqqət yetirin.

Bundan sonra, ən əsas məqam evin hüquqi vəziyyətini də diqqətlə yoxlamaqdır. Bəzi insanlar tanış olduğu üçün çox dərindən araşdırmır. Amma elə ən böyük fırıldaqçılar tanıdığı insana qarşı edilir. Əgər ev yeni tikilibsə, tikinti icazələrinin və sənədlərin tam olduğundan əmin olun. Qanuni problemlər olan evlərdən çəkinin. Həmçinin, əmlakın vergi borcları, mülkiyyət hüququ ilə bağlı məsələlər və əvvəlki sahiblə bağlı hər hansı bir hüquqi mübahisə olub-olmaması haqqında məlumat alın”.

Murad

Seçilən
14
hit.az

1Mənbələr