Bank of Baku
Daxili audit departamenti, İnformasiya texnologiyalarının auditi şöbəsi, Müfəttiş (IT audit)
Son tarix 21 dek 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- İllik audit planına uyğun olaraq davamlı audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
- Bankın İT infrastruktur, siyasət, əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsidə iştirak etmək;
- İnformasiya sistemlərində və əlaqəli sistemlərdə mövcud olan riskləri müəyyən etmək, həlli ilə bağlı müvafiq tövsiyələr vermək;
- İnformasiya sistemlərində mütəmadi baş verən problemlərin əsas səbəbini aşkar etmək;
- Mövcud nəzarət mexanizmlərini qiymətləndirmək və adekvat nəzarət mühitinin yaradılması ilə bağlı müvafiq tövsiyələr vermək;
- Məqsədləri, görülmüş işi, nəticələri müvafiq qaydada sənədləşdirilən işçi sənədləri hazırlamaq və tələb olunan vaxtda yoxlanış üçün təqdim etmək;
- Yoxlanılan sahədə tapılan bütün audit nöqsanlarını müvafiq rəhbərin nəzərinə çatdırmaq və nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr təklif etmək;
- Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi;
- Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi üzrə nəzarət və monitorinq sahələrində minimum 1 il iş təcrübəsi;
- İT və İT təhlükəsizlik sahəsində praktiki biliklərə malik olmaq;
- İnformasiya təhlükəsizliyi sahəsində biliklərə malik olmaq;
- İnformasiya sistemləri, şəbəkə avadanlıqları, məlumat bazası və web texnologiyalar haqqında baza biliklərinə malik olmaq;
- Analitik təhlil etmə, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Peşəkar bilik və bacarıqlarını artırmağa daima hazır olmalı;
- Peşəkar kvalifikasiyalar üzrə sertifikatları olanlara üstünlük veriləcək.
Üstünlüklər:
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Könüllü tibbi sığorta;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.