AZ

ABŞ Netanyahunun həbsinə köməketməlidir

Kolumbiya prezidenti Qustavo Petro Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderin haqlı olduğuna inanır və ABŞ-nin onun həyata keçirilməsinə kömək etməsini təklif edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb.

"Bu, məntiqli qərardır. Netanyahu soyqırımda günahkardır. ABŞ Prezidenti Co Bayden bu qərara məhəl qoymasa, o, dünyanı yalnız barbarlığa doğru aparacaq. Qərbi Avropa qlobal siyasətdə müstəqilliyini bərpa və məhkəmənin qərarına uyğun hərəkət etməlidir", - o qeyd edib.

Türkan İSGƏNDƏRLİ 



 

 

Seçilən
20
redaktor.az

1Mənbələr