AZ

Sergen Yalçın: "Mayk Taysonu 3-cü raundda..."

Türkiyəli baş məşqçi Sergen Yalçın son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

O, Mayk Tayson ilə Ceyk Pol arasındakı döyüşün əsl boks matçı olmadığını deyib.

Sergen Yalçın "TV100" telekanalında sözügedən matçı kəskin tənqid edib:

"Bu döyüşün pul qazanmaq üçün təşkil edildiyini anlamamaq üçün axmaq olmaq lazımdır. Əvvəlcədən qurğulanmış bir oyundur. Bütün dünyanı aldadırlar. Bu qədər də sadəlövh olmaq lazım deyil. O matçın nəticəsi əvvəlcədən razılaşdırılıb". 

O, aparıcı Candaş Tolga Işıkın "100 milyon dollar qarşılığında belə bir oyuna çıxarsan?" sualına da özünəməxsus cavab verib:

"Çıxaram. Niyə də etməyim?! Hətta Mayk Taysonu 3-cü raundda yerə sərərəm. Vallah, onu udaram. O, çox yaşlıdır. Mən bir yolun tapıb onu məğlub edərəm".  \\Cebheinfo.az

Seçilən
30
hurriyyet.az

1Mənbələr