AZ

Borrell Netanyahunun həbsinə order verilməsini əsaslandırıb

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Gallant haqqında həbs qərarı çıxarması haqlıdır və bu siyasi motivli deyil.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini Reuters agentliyi yayıb.

Agentlik Avropa diplomatiyasının rəhbərindən sitat gətirir: ...Netanyahu və Gallantın həbsinə dair orderlər siyasi xarakter daşımır.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi Netanyahunun həbsinə dair orderi dəstəkləyərək, Parisin BCM-nin prinsiplərinə uyğun hərəkət edəcəyini bildirmişdi.

Əli Babayev

Seçilən
55
38
sesqazeti.az

10Mənbələr