Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubu yeni mövsüm üçün heyətinigücləndirmək məqsədilə tanınmış futbolçunu transfer etməyidüşünür.
Trend-inməlumatına görə, İstanbul təmsilçisi hazırda İngiltərənin "Arsenal"klubunda çıxış edən Jorjinyo ilə maraqlanır. Bu barədə "Fichajes"nəşri xəbər yayıb.
"Qara qartallar" gələn ilin yayında İngiltərə klubu iləmüqaviləsi bitəcək və azad agent statusu qazanacaq italiyalıyarımmüdafiəçiyə sərfəli müqavilə şərtləri təqdim etməyiplanlaşdırır.
Xatırladaq ki, "Arsenal" Jorjinyonu 2023-cü ilin yanvarında"Çelsi"dən transfer edib. 32 yaşlı futbolçu bu mövsüm Londonklubunun heyətində 7 rəsmi oyunda iştirak edib.