AZ

Bu zərbələr Ukrayna üçün faciəyə çevriləcək - Guardian

Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi döyüş meydanında vəziyyətə strateji təsir göstərməyəcək, ancaq münaqişənin gərginləşməsinə və Ukraynada vəziyyətin pisləşməsinə səbəb olacaq.

Bakupost.az xəbər verir ki, bu fikri “The Guardian”ın köşə yazarı Saymon Cenkins deyib.

Onun fikrincə, qışda elektrik enerjisinin kəsilməsi kontekstində Ukrayna sakinləri belə bir fikrə gələ bilərlər ki, Qərb liderləri onların qayğısına qalmır, sadəcə Rusiya Federasiyasının dərinliklərinə zərbəyə razılıq verərək, onlardan sadəcə olaraq proksi müharibədə alət kimi istifadə edirlər.

Köşə yazarı vurğuladı ki, Qərbin son iki ildə atdığı bütün addımlar Rusiya rəhbərliyinin mövqelərinin möhkəmlənməsinə, ölkə daxilində dəstək qazanmasına, Çin, Hindistan, İran və KXDR ilə münasibətləri normal vəziyyətə gətirməsinə səbəb olub.

Cenkins qeyd edib ki, Qərb Ukrayna üzrə danışıqlar prosesinə başlamağın zəruriliyini etiraf etməli və nüvə münaqişəsi ehtimalını artıran hərbi addımlardan əl çəkməlidir.

Zaur, BakuPost
Seçilən
18
bakupost.az

1Mənbələr