AZ

COP29-un Yaşıl Zonada “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri və icmaların ekosistemləri” mövzusunda sessiya keçirilib (FOTO)

Bakı. Trend:

COP29 konfransı çərçivəsində Mavi Zonada keçirilən yüksəksəviyyəli danışıqlarla yanaşı Yaşıl Zonada da müvafiq proqram üzrəsilsilə tədbirlərin təşkili davam edir. Belə ki, noyabrın 21-dəYaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti növbəti tədbirinitəşkil edib.

Trend xəbər verirki, “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) vəicmaların ekosistemləri” adlı panel sessiyasında iqlimdəyişmələrinin artan təsirlərinə qarşı mübarizədə inkişaf etməkdəolan kiçik ada dövlətlərinin (SIDS) qarşılaşdıqları çətinliklərmüzakirə olunub. Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Seriminmoderatorluğu ilə keçirilən müzakirə sessiyasında Millətlər Birliyitəşkilatının Baş katibi baroness Patrisiya Skotland, Tuvalunundaxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Dr. MainaTalia, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıqproqramının direktoru Dr. Rebekka Nadin, Birləşmiş MillətlərTəşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno,Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos”un Coğrafiinformasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəriMurad Camalov iştirak ediblər.

Panel sessiyası zamanı qeyd edilib ki, dəniz səviyyəsininyüksəlməsi və ekstremal hava hadisələrindən tutmuş mühümekosistemlərin itkisinə qədər meydana çıxan problemlər kiçik adadövlətlərini xüsusilə həssaslaşdırır. İqlim dəyişmələrinin budövlətlər üçün yaratdığı sosial və iqtisadi nəticələr, o cümlədənköç, dolanışıq itkiləri, həmçinin dəniz və sahil resurslarınaəsaslanan iqtisadiyyatların zəifləməsi kimi məsələlər tədbirdəmüzakirə mövzusu olub. Sessiyada hemçinin təbii ekosistemlərindeqradasiyasının həm bioloji müxtəliflik, həm də köklü icmalarındolanışığı üçün yaratdığı təhlükə və digər bu kimi mühim məsələlərətoxunulub.

Panelistlər müzakirə zamanı iqlim dəyişmələri və onunfəsadlarına qarşı mübarizə üçün davamlı monitorinqin aparılması vəonun nəticələrinə uyğun addımların atılmasının vacib olduğunuvurğulayıblar. Onlar bildiriblər ki, iqlimə dayanıqlıinfrastrukturun yaradılması, gənc nəslin lazımi bilik vəbacarıqlara yiyələnməsi və gələcəyə hazırlanması ilə yanaşı, yerliuyğunlaşma imkanlarının artırılması və ekosistemlərin qorunmasınıicma yönümlü həllərlə birləşdirmək üçün strategiyalarınhazırlanması bu mübarizədə ciddi əhəmiyyət kəsb edir.

COP29-un
COP29-un
COP29-un
Seçilən
21
4
az.trend.az

4Mənbələr