Biz təbiətə qayğı göstərəndə, təbiət də bizə qayğı göstərir. Təbiət bizə deyir ki, yox, CO2 emissiyalarımızla bu şəkildə davam edə bilmərik.
Leqal.info xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Qlobal Liderlərin Dəyirmi Masa tədbiri: Təbiətlə bağlı müsbət gələcəyə və Paris Sazişinin Məqsədlərinə nail olmaq üçün İqlim Fəaliyyətinin və Biomüxtəlifliyin Mühafizəsinin Uyğunlaşdırılması” movzusunda sessiya zamanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen deyib.
İnger Andersen qeyd edib ki, 2023-cü ildə müşahidə edilən emissiyalar azalmadı, əksinə, artdı: “Bu isə davam edə bilməz, çünki biz təhlükəsiz, canlı və zəngin təbiət istəyirik. İqlim təsirlərinin getdikcə daha da şiddətləndiyini görərkən başa düşürük ki, həll yolları qarşımızdadır.
Bu səbəbdən də Kolumbiyanın Kali şəhərində keçirilmiş və Astrid Şumaxerin böyük rəhbərliyi ilə təşkil olunmuş COP16 çox əhəmiyyətlidir. Orada Kunmin-Monreal Qlobal Bioloji Müxtəliflik Çərçivəsinin təməli qoyulub. Biz razılaşdığımız hədəfləri həyata keçirməyə sadiqik. Elə buna görə də plenar iclasın ilk günündə təsdiqlənən 6-cı Maddə çox önəmlidir. Bu maddə karbon maliyyəsinin indi ticarət olunan bir vasitəyə çevrilməsinə imkan yaradır və real, çox real resursların meşələrə və təbiətimizə yönləndirilməsi potensialını təmin edir”.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta