AZ

”Mən onun nəyə qadir olduğunu çoxdan bilirəm”

“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın vingeri Leroy Sane ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı kadr səviyyəsindən çox razı olduqlarını bildirib:

“Heyətimizdə dörd dünya səviyyəli cinah oyunçusu var, əlbəttə ki, Leroy onlardan biridir.

Mikail Olise əla formadadır, Sane də. Mən hələ Serj Qnabri və Kinqsli Koman haqqında danışmıram.

Bu dövrdə kadr səviyyəsindən çox razıyıq. Mən Sanenin nəyə qadir olduğunu çoxdan bilirəm”.

Sanenin “Bayern”lə müqaviləsi gələn yay başa çatacaq. Buna görə də, almaniyalı futbolçuya digər klublardan maraqla bağlı söz-söhbətlər getdikcə tez-tez ortaya çıxır. O, bu mövsüm 11 matçda iştirak edib və 3 qol vurub.

Seçilən
50
sportinfo.az

1Mənbələr