AZ

Yaponiyalı pilotu ABŞ-a buraxmaq istəməyiblər

"Formula-1" pilotu Yuki Tsunoda ABŞ-a səfəri zamanı sərhəddə ciddi sorğu-sual olunub.

İdman.biz xəbər verir ki, yaponiyalı sürücü sərhədçilərin onu bir neçə saat saxladığını deyib.

"RB" komandasının üzvü Ostin Qran-prisi zamanı ABŞ-a səfər etdiyini və çətinliklə üzləşmədiyini bildirib: "Bəzi suallardan sonra məni buraxdılar. Düzünü desəm, sərhədçilərlə çox danışığımız oldu. Az qala məni evə göndərəcəkdilər. Məni bir neçə saxlamaları çox qəribə idi. Az əvvəl Ostindəki yarışı nərəzə alsaq, bu ildə ilk dəfə ABŞ-a gəlmirəm. Artıq hər şey qaydasındadır, mən Las-Veqasdayam".

Qeyd edək ki, həftə sonunda ABŞ-da dünya çempionatında Las-Veqas Qran-prisi keçiriləcək.

İdman.biz

Seçilən
27
idman.biz

1Mənbələr