AZ

Birləşmiş Ştatlar ilk dəfə olaraq PrSM ballistik raketlərinin sınağını həyata keçirib

ABŞ ordusu Nyu-Meksikodakı Uayt Sands poliqonunda yeni qısa mənzilli ballistik raketlərin Precision Strike Missile (PrSM) təlimini həyata keçirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Defence News” məlumat yayıb.

Hərbçilərin hədəfi vurmasını təmin etmək üçün iki raket atdığı qeyd edilir. Raketi hazırlayan Lockheed Martin, zərbənin “dəqiqlik və hazırlıq” nümayiş etdirdiyini bildirib.

Amerika ordusu bu raketləri 2023-cü ilin dekabrında almağa başlayıb. Onlar HIMARS çoxsaylı buraxılış raket sistemlərindən və M270 MLRS buraxılış qurğularından istifadə edilə bilər.

Bu raketlərin ATACMS-i əvəz etməli olacağı vurğulanır.

Seçilən
32
1
nocomment.az

2Mənbələr