AZ

Azərbaycan karateçiləri Belçikaya yollandılar

Fullkontakt kyokuşin karate üzrə ikinci Avropa Kubokunda iştirak edəcək Azərbaycan millisinin üzvləri Belçikanın Antiverpen şəhərinə yollanıblar.

Futbolinfo.az xəbər verir ki, yığma turnirdə baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında 8 idmançı ilə mübarizə aparacaq.

Mail Abdullayev ölkəmizi hakim qismində təmsil edəcək.

Avropa Kubokunda ilk üç yeri tutmuş karateçilər fullkontakt kyokuşin karate üzrə dünya çempionatına lisenziya qazanacaq. Millimiz yarışa Azərbaycan Karate Federasiyasının kontakt karate üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yollanıb.

Turnir noyabrın 23-dən 24-dək davam edəcək.

Seçilən
16
5
futbolinfo.az

6Mənbələr