AZ

KİV: "HƏMAS İsraillə girovlarla bağlı razılığa gəlməyə hazırdır"

Fələstinin radikal HƏMAS qruplaşması İsraillə girovların mübadiləsinə dair saziş bağlamaqda maraqlı olduğunu bildirib, lakin bu, Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını təmin etməyəcək.

hakimiyyet.az xəbər verir ki, bu barədə "The Times of Israel" mənbələrə istinadən məlumat yayıb.

"Uzun müddətdən sonra ilk dəfədir ki, HƏMAS qruplaşması ilə girovlarla bağlı saziş bağlamaq üçün yaxşı şans var", - nəşr mənbədən sitat gətirib.

Mənbə əlavə edib ki, HƏMAS Qəzzada hərbi əməliyyatların dayandırılmasına dair rəsmən elan olunmasını nəzərdə tutmayan razılaşmaya hazırdır.

"The Times of Israel"in məlumatına görə, mümkün razılaşma 42 gün ərzində atəşkəs rejimini əhatə edəcək ki, bu müddət ərzində qruplaşma girovların bəzilərini azad edəcək.

Seçilən
7
2
hakimiyyet.az

3Mənbələr