AZ

Trampın sözçüsündən Putinin nüvə hədəsinə CAVAB

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərqərar etməyə çalışacaq, lakin bunu Amerikanın gücünə söykənərək edəcək.

Bakupost.az xəbər verir ki, bunu Trampın seçki kampaniyasının sözçüsü Kerolayn Livitt TASS-ın müxbirinə Rusiya prezidenti Vladimir Putinin Qərb ölkələrinin Ukraynada gərginliyin daha da artırılması kursu götürdükləri ilə bağlı xəbərdarlığını şərh edərkən bildirib.

"Amerika xalqı Trampı yenidən prezident seçdi, çünki onun ölkəyə rəhbərlik edə biləcəyinə və güc yolu ilə dünyada sülh yaradacağına inanırlar. O, Ağ Evə qayıdanda bunu etmək üçün hərəkətə keçəcək", - Livitt bildirib.

Tramp 2025-ci il yanvarın 20-də andiçmə mərasimi keçirəcək.

Zaur, BakuPost

Seçilən
25
bakupost.az

1Mənbələr