AZ

BMT Ukraynada müharibə edən tərəflərə ÇAĞIRIŞ ETDİ

BMT Ukraynada müharibə edən tərəfləri eskalasiyanın qarşısını almaq üçün təcili addımlar atmağa çağırır.

Bizim.Media xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik deyib.

BMT baş katibinin rəsmi nümayəndəsi Ukraynada vəziyyətin “səhv istiqamətdə” inkişaf etdiyini bildirib və gərginliyin dərhal azaldılmasına çağırıb: “Biz istəyirik ki, bütün tərəflər vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün təcili addımlar atsınlar, açıq-aydın dəfələrlə dediyimiz kimi, mülki əhalinin müdafiə olunmasını, mülki hədəflərin və ya mühüm mülki infrastrukturun hədəfə alınmamasını təmin etsin”.

Qeyd edək ki, az əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Bryansk və Kursk vilayətlərindəki hədəfləri Qərb raketləri ilə vurduğunu, buna görə də “Ukraynada Qərbin təhrik etdiyi regional münaqişənin qlobal xarakterli elementlər əldə etdiyini” deyib. Buna cavab olaraq Rusiya Silahlı Qüvvələri “Oreşnik” ballistik raketindən istifadə edib.

Putin Rusiyanın bütün mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük verdiyini, lakin hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb və qeyd edib ki, Rusiya Federasiyası özünü silahlarından Rusiyaya qarşı istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı silahdan istifadə etmək hüququna malik hesab edir.

Bizim.Media

Seçilən
29
bizim.media

1Mənbələr