AZ

Özümə gələndə artıq xəstəxana otağında idim...

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev bir müddət əvvəl keçirdiyi ağır xəstəlikdən danışıb.

 

O, Modern.az-a müsahibəsində həmin günləri belə xatırlayıb:

 

"Universitetlərdə qış sesiyası olan müddət Kipirdəki evimdə əşyalarımın bir qismini yığıb artıq ölkəyə qayıdırdım. Qızım İstanbulda yaşayır, nəvəmi görmək üçün onlara da getdim. Vəziyyətimin pisləşdiyi gün Bakıya bilet almışdım. Heç bir problemim yox idi, birdən-birə pisləşdim, özümə gələndə artıq xəstəxana otağında idim. Qızım gəlib dedi ki, müalicəni Heydər Əliyev Fondu üzərinə götürüb. Sağ olsunlar, təşəkkür edirəm bir daha. Mənim xəbərim belə olmadan Türkiyənin ən bahalı xəstəxanası Acıbadem xəstəxanasına apardılar məni. Maddi baxımdan mənim üçün kifayət qədər ağır yük olardı. Başqa insani yardımlar da etdilər. Yanımda davamlı olaraq bir adam da qaldı".

 

Müsahibənin tam versiyasına bu linkə keçid edərək baxa bilərsiniz. 

Seçilən
11
modern.az

1Mənbələr