AZ

Netanyahudan həbsi ilə bağlı qərara REAKSİYA

Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirib.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Netanyahunun açıqlaması baş nazirin ofisi tərəfindən dərc olunan bəyanatda öz əksini tapıb.

"Biz bütün məqsədlərimizə çatana qədər təzyiqlərə boyun əyməyəcəyik və geri addım atmayacağıq", - deyə Netanyahu bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order verib.
Seçilən
4
7
bakupost.az

9Mənbələr