AZ

Millimizin üzvünün qardaşı “Liverpul”un hədəfində

Türkiyə millisinin və “Benfika”nın futbolçusu Orkun Kökçü böyük klubların diqqət mərkəzindədi.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” və “Mançester Yunayted” oyunçunun xidmətində maraqlıdı. Portuqaliya klubu 23 yaşlı yarımmüdafiəçini 60-70 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, Orkun Kökçü bu mövsüm “Benfika”nın heyətində 15 oyuna çıxaraq 4 qol vurub və 3 qolun ötürməsini edib. 

Orkun Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün qardaşıdır.

Seçilən
28
idmanxeber.az

1Mənbələr