Bakı. Trend:
Almaniya Sosial Demokrat Partiyasının (SPD) idarə heyətinoyabrın 25-də keçiriləcək iclasında Olaf Şoltzu kanslerliyənamizəd kimi rəsmi olaraq irəli sürməyi planlaşdırır.
Trend-inməlumatına görə, bu barədə "Bild" qəzeti mənbələrə istinadən xəbərverib.
Olaf Şoltz əvvəllər parlament seçkilərində yenidən SosialDemokratlara rəhbərlik etmək istədiyini dəfələrlə bəyan edib.Almaniyanın müdafiə naziri Boris Pistorius isə SPD-dən kanslerliyənamizədliyini irəli sürməkdən imtina edib, bu isə hazırkı hökumətbaşçısının namizədliyinə yol açıb.
Pistorius Almaniyanın ən məşhur siyasətçilərindən biri hesabolunur və SPD-də çoxları onun namizədliyinin Şoltzdan daha yaxşınəticələr verə biləcəyini düşünür. Lakin partiyanın bəzi tanınmışüzvləri, o cümlədən keçmiş kansler Gerhard Schröder (1998-2005-ciillərdə bu vəzifədə olub), xəbərdarlıq edib ki, namizədliklə bağlıaçıq mübahisələr Sosial Demokratlar üçün uğursuzluq riskini artırırvə buna görə də məsələnin tezliklə aydınlaşdırılması vacibdir.
Dekabrın 16-da Bundestaq Şolz hökumətinə etimad səsverməsikeçirəcək. Bundestaqın üzvləri ona etimad göstərməsələr,növbədənkənar seçkilər 2025-ci il fevralın 23-də keçiriləcək.