Rusiya Nüvə Riskinin Azaldılması üzrə Rusiya Milli Mərkəzi vasitəsilə ABŞ-a “Oreşnik” ballistik raketinin buraxılması ilə bağlı öncədən xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, xəbərdarlıq buraxılışdan 30 dəqiqə əvvəl avtomatik rejimdə göndərilib:
"Rusiya tərəfi ABŞ-a "Oreşnik"in buraxılması barədə razılaşmalara uyğun olaraq və qitələrarası ballistik raketlərin buraxılması barədə məlumatlandırma rejiminə uyğun olaraq məlumat verməyib, çünki "Oreşnik" qitələrarası strateji raket deyil. Bu, orta mənzilli silahdır".