AZ

Siyavuş Kərimi xanımı ilə premyerada - FOTO

Xalq artisti Siyavuş Kərimi bəstəkarı olduğu "Nəsimi" operasının Heydər Əliyev Sarayında gerçəkləşən premyerasında iştirak edib.

Hurriyyet.Az teleqraf.com-a istinadən xəbər verir ki, bəstəkar onun üçün mühüm olan tədbirə həyat yoldaşı Günay Kərimi və övladları ilə qatılıb.

"Ailəmlə də şəklimi çəkin" deyən Xalq artisti "Nəsimi"yə həsr olunan posterin qarşısında ailə üzvləri ilə şəkil çəkdirib.

"Nəsimi" operasının ilk təqdimatına görə həyəcan keçirdiyini söyləyən bəstəkar jurnalistlərə açıqlamasında əsəri pandemiya zamanı yazdığını dilə gətirib:

"Operanı pandemiya zamanı evdən bayıra çıxmayaraq altı aya bitirə bildim. Əvvəl lent yazısı yazıldı, sonra orkestləşmə və canlı orkestrlə işləmə dövrümüz başladı. Çox qısa zamanda ərsəyə gəldi deyə bilərəm. Bu, hələ ilk tamaşadı, gələcək üçün daha yaxşı olacaq. Bildiyimə görə, operaya diqqət ayrılacaq - həm maliyyə, həm də digər problemlərinin həll olunması baxımından... Düşünürəm ki, nəticə yaxşı olacaq və biz dünyada Nəsimini təbliğ etmək imkanında olacağıq.

Librettonu akademik Rafael Hüseynov yazıb, baş rolda Ramil Qasımov, salnaməçi rolunda isə Nurəddin Mehdixanlı oynayır. Ümumiyyətlə, tamaşada çox istedadları insanlarla çalışmışıq. Təbii ki, böyük mütəfəkkir Nəsiminin həyatında baş verən olayları tam əhatə etmək mümkün deyil. Amma çalışdıq tamaşaçı üçün maraqlı ola biləcək məqamları operada cəm edək. Arzum budur ki, "Nəsimi" operasının ömrü uzun olsun".

 

Seçilən
24
2
hurriyyet.az

3Mənbələr