AZ

Bu ölkənin Aİ-dəki nümayəndəsi Brüsseli tərk edəcək

Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov Brüsseli tərk edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu aqda TASS məlumat yayıb.

“Planlaşdırılan rotasiya çərçivəsində altı il yarımdan sonra Brüsseldə ezamiyyətimi başa vururam”, - Loqvinov bildirib.

Onun sözlərinə görə, 2024-cü il hadisələri Vaşinqtonun və onun peyklərinin beynəlxalq məsələlərdə bölünməz hökmranlığı dövrünün başa çatdığını təsdiqlədi:

“Siz və mən dünyanı yaxşılığa doğru dəyişmək, onu bərabər və ədalətli etmək üçün məsuliyyət daşıyırıq. Mən əmin etmək istəyirəm ki, Rusiya ayrıca bir sivilizasiya ölkəsi olaraq beynəlxalq münasibətlər sisteminin yenilənməsinə həlledici töhfə verməyə, bu obyektiv prosesin lokomotivi olmağa hazırdır”.

Qeyd edək ki, Loqvinovun gedəcəyi dəqiq tarix açıqlanmasa da, missiya özü işini davam etdirəcək.

Seçilən
6
6
qafqazinfo.az

10Mənbələr