Vaşinqton administrasiyası Rusiyanın hərəkətlərindən asılı olmayaraq Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.
Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O xatırladıb ki, ABŞ bu yaxınlarda Kiyevə daha bir yardım paketi köçürmək qərarını elan edib.
"Və bu davam edəcək. Bizi saxlaya bilməyəcəklər. Biz ukraynalıları ehtiyac duyduqları hər şeylə təmin etməyə davam edəcəyik", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun